Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Gürcü rejissoru Musiqili Teatrda



Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurumun mətbuat xidmətindən bildirilib ki, hörmətli qonağı Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə Gürcüstan və Azərbaycan teatrları arasındakı ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İrakli Gogia Azərbaycan və türkdilli ölkələrin örnək ola bilən teatrları ilə rəhbərlik etdiyi teatrın sıx əməkdaşlığının yaradılması təklifi ilə çıxış edib. O, Musiqili Teatrda böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb. Tanınmış teatr xadimi fikirlərini xoş təssüratlarla dilə gətirib: "Zaqafqaziyada möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək sözün əsl mənasında, mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin açıq-aşkar göründüyü bu sanballı səhnə əsərini yaxın gələcəkdə bizim teatrlarda da görmək istəyirəm. Əslində bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq, dostluq və işgüzar münasibətlərimiz var. Gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundadır”. Əliqismət Lalayev istedadlı gürcü rejissorunun irəli sürdüyü təklifləri müsbət qarşılayaraq mövcud əlaqələri yüksək qiymətləndirib və bu münasibətlərin gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin inkişafına daha da təkan verəcəyinə ümidvar olduğunu bildirib.



Baxış sayı:47 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:7-02-2018, 13:04

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика