Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın quruluşçu baletmeysteri İnklüziv Teatrdakı işindən danışdı



Akademik Musiqili Teatrın quruluşçu baletmeysteri İnklüziv Teatrdakı işindən danışdı
Akademik Musiqili Teatrda YUNESKO tərəfindən təsdiq olunan "İnklüziv Teatr" layihəsində baletmeyster kimi çalışan Əməkdar artist, Musiqili Teatrın quruluşçu baletmeysteri Emin Əliyev bura cəlb olunan gənclərlə işindən söhbət açdı:
"Olduqca maraqlı və istedadlı gənclərdir. Eşitməsələr də, danışa bilməsələr də biz bir-birimizi çox gözəl başa düşürük. Onlarla işləməkdən hədsiz zövq alıram. İstər mən, istərsə də quruluşçu rejissor, Xalq artistimiz Pərviz Məmmədrzayev bu gənclərə o qədər ümid bəsləyirik ki... Biz məşqlərimizi təbii ki, pandemiya qaydalarına uyğun və tələb olunan digər gigiyenik qaydalara ciddi əməl etməklə qururuq. İnanın ki, bu uşaqların hər biri sanki öz yoldaşlarının üstündə nəzarətçidilər, qaydaların pozulmaması üçün  sanki hər kəs məsuliyyət daşıyır, hər kəs o birinə nəzarət edir. Özlərində də sənətə o qədər böyük sevgi var ki! Məşq saatları bitəndə belə, Pərviz müəllimdən də, məndən də xahiş edirlər ki, məşqi bir az da davam etdirək. Biz əminik ki, hazırlanan bu tamaşa sadəcə bir layihə formatında başa çatıb unudulmayacaq. Bizim bu istedadlı, özləri danışmasalar da  ürəkləri ilə hamıya onları əhatə edən gözəllikləri çatdırmaq istəyən, özləri eşitməsələr də, qəlblərinin səsi ilə  gözəlliklərə qovuşmaq üçün əllərindən gələni edən inklüziv teatr studiyasının bu üzvləri ilə layihə bitəndən sonra da davamlı və uğurlu işlər görəcəyik".
Yeri gəlmişkən qeyd edək ki,  E. Əliyev Baki Xoreoqrafiya məktəbini 2000-ci ildə bitirib.  Daha sonra Bakı Xoreoqrafiya Akademiyasında baletmeyster ixtisasına yiyələnib. 
2008-ci ildə Əməkdar artist fəxri adına layiq görulən baletmeyster uzun illər Xalq artisti, görkəmli balet ustası Afaq xanım Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb, bu kollektivlə birlikdə dünyanın saysız ölkələrində milli rəqslərimizi ləyaqətlə təbliğ edib. 
Artıq bir neçə ildir ki, Akademik Musiqili Teatrda  əvvəlcə rəqqas, daha sonra isə baletmeyster kimi fəaliyyət göstərən Emin Əliyev rəqslə təqdim edilən "Nəsimi", "Qalib əsgər", Sarı gəlin" kimi maraqlı layihələrin yaradıcısıdır. 
İnanırıq ki, rejissor Samir Qulamovla  "Leyli və Məcnun”  balet - tamaşası, Xalq artisti, rejissor Firudin Məhərrəmovla birlikdə   "İstintaq" tarixi əsəri üzərində çalışan peşəkar baletmeysteri hələ bundan sonra daha böyük uğurlar gözləyir.





Baxış sayı:51 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:2-09-2021, 11:27

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика