Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın əməkdaşı beynəlxalq müsabiqədə iştirak etdi



Akademik Musiqili Teatrın əməkdaşı  beynəlxalq müsabiqədə iştirak etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı beynəlxalq müsabiqələr laureatı Aydan Əliyeva növbəti uğuruna imza atıb. 
Gənc bəstəkarın yenicə yazdığı "Simli Kvartet" əsəri Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş XII Beynəlxalq Qəbələ Musiqi Festivalında səsləndirilib.
Qeyd edək ki, uşaqlıqdan musiqiyə, incəsənətə marağı olan A.Əliyeva   Mərdəkanda yerləşən 17 saylı  Uşaq musiqi məktəbində təhsil alıb. Azərbaycan Televiziyasının Əfsər Cavanşirov adına "Bənövşə” uşaq xorunda və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xorunda çıxış edib. Daha sonralar Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecində və Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib.
2016- ci ildən Akademik Musiqili Teatrda çalışan A.Əliyeva  repertuarda olan tamaşalarda xor artisti kimi iştirak edib. Ölkənin tanınmış müğənnilləri tərəfindən  ifa olunan bir sıra maraqlı mahnıların və musiqi əsərlərinin müəllifi olan gənc bəstəkar müxtəlif musiqi festivalları və müsabiqələrində uğurla çıxış edib, fərqləndirici mükafatlara layiq görülüb.
Aydan xanım hazırda Bakı Musiqi Akademiyasının Bəstəkarlıq üzrə magistr pilləsinin 1-ci  kurs tələbəsidir.






Baxış sayı:43 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:18-08-2021, 11:23

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика