Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək



Əliqismət Lalayev Kazanda Beynəlxalq tədbirdə iştirak edəcək
 23-30 avqust 2021-ci il tarixlərində Tatarıstanın Dövlət Muxtar Mədəniyyət Təşkilatı Buinsk Dövlət Dram Teatrının bazasında Beynəlxalq Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Malikanə mədəniyyət məkanı: həyətdən salona"   adlı  növbəti  tədbirini həyata keçirəcək.  
Beynəlxalq Mədəniyyət Mərkəzi hər zaman Rusiyanın və xarici mütəxəssislərin yaradıcılıq əlaqələrinin genişləndirilməsinə, tanınmış yaradıcı şəxslərin, eləcə də gənc aktyor və rejissorların beynəlxalq səviyədə əməkdaşlığının yeni modellərinin hazırlanmasına geniş şərait yaradır.  
Bu, həm də xarici sənətçiləri bir araya gətirərək Rusiyada yaşayan xalqların ənənəvi mədəniyyəti ilə çağdaş mədəni mühit, tarixi və müasir mədəniyyət xüsusiyyətləri ilə tanış etmək sahəsində əhəmiyyətli rol oynayır.  
Azərbaycan Dövlət Akademik Musiqili teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq  üzrə fəlsəfə doktoru Əliqismət  Lalayev təşkilat komitəsinin dəvəti ilə bu mərasimdə fəxri qonaq qismində iştirak edəcək. Bir sıra beynəlxalq  festivalların və müsabiqələrin  münsiflər heyətində  hər zaman  təmsil  olunan tanınmış rejissor və  təcrübəli pedaqoq  türkdilli xalqların mədəniyyətinin  daha da yaxınlaşması baxımından bu səfəri çox dəyərləndirir  və belə hesab edir ki, Tatarıstanın peşəkar kollektivləri ilə yerindəcə tanışlıq,  eləcə də dünyanın müxtəlif ölkələrindən tədbirə qatılacaq məşhur incəsənət xadimləri ilə görüşlər gələcəkdə sənət cameəsində daha sıx əlaqələrin qurulmasına yeni töhfələr verəcəkdir.





Baxış sayı:37 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:17-08-2021, 11:10

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика