Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Xalq artisti Ramiz Məmmədov vəfat edib



 

Xalq artisti Ramiz Məmmədov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.   

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  aktyoru Ramiz Məmmədov 2021-ci il martın 21-də ömrünün 70-ci ilində vəfat edib.

Ramiz Məmmədov 1951-cı ildə anadan olub. 

1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi ikən Musiqili Teatra dəvət alıb. Fəaliyyətə başladığı elə ilk günlərdən  fitri istedadı, özünəməxsus aktyorluq məharəti ilə həm kollektivin, həm də tamaşaçıların böyük rəğbətini qazanır. 

"Qaynana" tamaşasında Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. 

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim gözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

2001-ci ildə Respublikanın Əməkdar artisti,  2013-cü ildə Xalq artisti fəxri adlarına, dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.

Ramiz Məmmədovun əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Teatr rəhbərliyi və kollektivi adından mərhum sənətkarın ailə üzvlərinə, doğmalarına, sənət dostlarına dərin hüznlə başsağlığı veririk. 

Allah rəhmət eləsin!


 





Baxış sayı:68 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:21-03-2021, 00:05

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика