Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr "Döyüşən teatr" ("İşıq adam") sənədli filmini təqdim etdi



Akademik Musiqili Teatr "Döyüşən teatr" ("İşıq adam") sənədli filmini təqdim etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Vətən Müharibəsində şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlarına həsr olunmuş "Döyüşən teatr" ("İşıq adam") sənədli filmini tamaşaçılara təqdim edib.

Sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Akademik Musiqili Teatrının rejissoru Samir Qulamov bu barədə ətraflı məlumat verib: "Əbəs yerə bu sənədli filmin adını "Döyüşən teatr" qoymamışıq. İstər müharibənin ən qızğın vaxtlarında, istərsə də ondan sonrakı mərhələlərdə teatrımız həm arxa, həm də ön cəbhədə olmağı bacardı və bunu könüllülük prinsipi ilə, sevə-sevə həyata keçirdi.

Qarabağın azadlığı uğrunda 44 günlük zəfər tariximizə adını qızıl hərflərlə yazdıran şəhidlərimizin sırasında bizim teatrın işıqçısı, qəhrəmanımız da var. O, Əliağa Məmmədovdur. Filmin ikinci adının "İşıq adam” adlandırılması da məhz onunla bağlıdır. Filmdə şəhidin ailə üzvlərinin, teatr rəhbərliyinin, iş yoldaşlarının da fikirləri yer alıb.

Şəhidlərimizi ehtiramla yad etmək və döyüşlərdə iştirak etmiş qazilərimizə diqqət göstərmək bizim müqəddəs borcumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, sözügedən sənədli filmin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlqismət Lalayev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının, Strateji Kommunikasiyalar Mərkəzinin videokadrlarından, həmçinin görkəmli bəstəkarların, musiqiçilərin – Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Emin Sabitoğlu, Ədalət Vəzirov, Əlixan Səmədov, Əli Əliyevin əsərlərindən, həmçinin "Millətəm" (Elçin Cəfərov, Sabir Rüstəmxanlı) mahnısından istifadə edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 






Baxış sayı:99 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:26-12-2020, 13:18

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика