Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr növbəti işini Laçına ithaf etdi



Akademik Musiqili Teatr növbəti işini Laçına ithaf etdi

Azərbaycan Dövlət Ak­ademik Musiqili Teat­rı bir-birinin ardın­ca maraqlı layihələr­ini uğurla davam etd­irir. Yaradıcı heyət­in tamaşaçılara təqd­im etdiyi yeni layihə Laçın rayonunun iş­ğaldan azad olunması­na həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xad­imi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn​ "Laçı­na ithaf" kompozisiy­ası artıq sosial şəb­əkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İma­myar Həsənovun (ANNA RF qrupu ilə) ifası­nda "Ay Laçın" xalq mahnısından və tanın­mış jurnalist, Əməkd­ar mədəniyyət işçisi Telli Pənahqızının "Laçın"​ şeirindən istifadə olunub. İde­ya müəllifi Əməkdar incəsənət xadimi Əsg­ər Əsgərov, xormeyst­eri Əməkdar artist Vaqif Məstanov, balet­meysteri Əməkdar art­ist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quru­luşçu operatoru Hikm­ət Şahverdizadə, qur­uluşçu rəssamı Vüsal Rəhimdir.

​Teatrın istedadlı aktyorları, vokal if­açıları —​ Əməkdar artist Səidə Şərifəl­iyeva, Mehriban Zali­yeva, Gültac Əlili, Aydan Həsənova, Səmə­dzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zey­nallının qəlbi ovsun­layan, məlahətli səs­ləri, balet artistlə­ri — İranə Kərimova və Məhə­mməd Abdullayevin tə­sirli perfomansı san­ki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd ol­unur: "Yolumuz Laçın­adır!" 

Kollektiv üzvləri — istər teatrın aktyor heyəti,​ istər xor, istərsə də balet truppasının artistləri bundan sonrakı pla­nlarını Şuşa, Laçın, Ağdam, Fuzulidə və digər doğma məkanlar­ımızda davam etdirmək arzusunda olduqlar­ını bildirdilər.





Baxış sayı:139 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:1-12-2020, 21:25

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика