Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr 111-ci mövsümünü "Ər və arvad" tamaşası ilə açdı



Akademik Musiqili Teatr 111-ci mövsümünü  "Ər və arvad" tamaşası ilə açdı   
Dünyanı cənginə alan koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başladı. Tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə  vəziyyətə uyğun olaraq virtual məkanda baş tutdu.
Əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək,  onları teatrın 111-ci mövsümün başlanması, eyni zamanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik etdi. Daha sonra o,  sosial şəbəkə izləyicilərini "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri  — "Ər və arvad" operettasına  baxmağa dəvət etdi. 
Vurğulayaq ki, teatr  böyük Üzeyir bəyin  yubileyi münasibətilə sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də isə  "Arşın mal alan" əsərlərini təqdim edəcək. Həmin tamaşalar da saat 19:00-da teatrın rəsmi "Facebook" səhifəsində onlayn nümayiş olunacaq.




Baxış sayı:134 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:19-09-2020, 14:30

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика