Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr Qurtuluş Günü münasibətilə xalqımızı təbrik etdi



Akademik Musiqili Teatr Qurtuluş Günü münasibətilə xalqımızı təbrik etdi 
Akademik Musiqili Teatr Milli Qurtuluş Günü Münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə  təqdim edib. 
Teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə  "Nəsillər" ("Generations") estrada qrupunun üzvləri, Akademik Musiqili Teatrın gənc və istedadlı solistləri — Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğlu, musiqisi Kamalın "Sən elə bir zirvəsən"  əsərini ifa ediblər. 
Qeyd edək ki, yeni yaradılan estrada qrupunun ilk çıxışında gənc solistləri orkestrin üzvləri — Murad Kərimov və  Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.
Kompozisiya sosial şəbəkə  izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.




Baxış sayı:61 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:16-06-2020, 18:24

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика