Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak etdilər



Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak etdilər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və  teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak ediblər. 

Avropanın ən böyük teatr təşkilatlarından biri olan Avropa Teatr Konvensiyasının həyata keçirdiyi bu virtual görüşdə panel müzakirələri, seminarlar keçirilib, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni üzvlər və qonaqlarla tanışlıq, sənət mübadiləsi istiqamətində bir sıra söhbətlər aparılıb. 

Qeyd edək ki, teatrın əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçirilməsi planlaşdırılan "Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar. Lakin dünyanı bürüyən pandemiya səbəbindən həmin konfrans da  təxirə salındığına görə tədbir virtual olaraq əvəzləndi və növbəti ilə  keçirildi. 

 

 

 

 

 

 






Baxış sayı:274 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:11-06-2020, 16:08

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика