Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcək



 

Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcək 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və teatrın əməkdaşı, teatr tənqidçisi Emin Əliyev 10-12 iyun arası Avropa Teatr Konvensiyasının (ETC) təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edəcək.

Teatrın əməkdaşları bu ilin fevral ayında Avstriyanın Qraz şəhərində keçiriləcək "Yeni yazılar” adlı beynəlxalq konfransa da dəvət almışdılar, lakin pandemiya səbəbindən konfrans təxirə salındığına görə tədbir virtual olaraq əvəzləndi və gələn ilə keçirildi.

Konfransın proqramında yeni üzvlər və qonaqlarla tanışlıq, sənət mübadiləsi, panel müzakirəsi, vebinar və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Teatr Konvensiyası Avropanın ən böyük teatr təşkilatlarından biridir və keçirdiyi bir sıra tədbirlərlə yanaşı, ildə iki dəfə genişmiqyaslı elmi konfrans təşkil edir.





Baxış sayı:61 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:4-06-2020, 13:45

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика