Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın kollektivi cənab İlham Əliyevə təşəkkür etdi



Akademik Musiqili Teatrın kollektivi cənab İlham Əliyevə təşəkkür etdi 

Ölkə Prezidentinin mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamla​ mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da vardır.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektivin adından cənab İlham Əliyevə sənət adamlarına​ göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

​ Tanınmış rejissor və teatr rəhbəri dövlət başçısına ünvanladığı müraciətində​ minnətdarlığını belə ifadə edib:

"Möhtərəm cənab Prezident,​ Akademik Musiqili Teatrın çoxsaylı​ kollektivi adından sizə dərin minnətdarlığımı bildirirəm. İmzaladığınız Sərəncamla Prezident mükafatına layiq görülənlərin​ arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı şəxslərinin də olması bizi hədsiz sevindirdi.

Belə çətin və səksəkəli şəraitdə, bəşəriyyətin Koronovirus adlı qorxunc​ düşmənlə​ üz-üzə qaldığı bir vaxtda siz ölkənin ən həssas insanlarını - yaradıcı şəxslərini yenə də unutmadınız. Bəşəriyyətin min bir problemlə üzləşdiyi bir vaxtda​ nə qədər incəsənət xadiminə və onların ailəsinə​ diqqət və qayğınızı bir daha göstərdiniz.

Biz​ xarici mətbuatdan da izləyib görürük ki,​ dünyanın heç bir yerində incəsənət adamlarına bu qədər diqqət və qayğı yoxdur.​ Məhz ona görə də sevincimiz hədsizdir.​ Biz ondan qürur duyuruq ki,​ Azərbaycan adlı bir məmləkətin vətəndaşlarıyıq. Onunla fəxr edirik ki,​ daima xalqının, millətinin yanında olan, əməlləri ilə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlının prezidenti ola bilən, yaradıcı əməyə xüsusi dəyər verən​ ​sizin kimi bir ölkə başçımız var.

Ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində prioritet bir məsələ olaraq​ ​ həyata keçirilib. Ümummilli liderimizin bu siyasəti hazırda sizin tərəfinizdən böyük uğurla​ davam etdirilir.​

Siz həmişə xalqın rifahı, onun rahat və hüzur içində yaşaması barədə düşünürsünüz. Xüsusən bu son hadisələr, Koronavirus Pandemiyası dövründə sizin insanlara​ nə qədər​ yaxın olduğunuzu bir daha aydın göstərdi.

Doğma və qayğıkeş​ münasibətinizlə hər birimiz üçün nə qədər əziyyət çəkirsiniz.​ İstər siz, istərsə də ölkənin​ Birinci Vitse-prezidenti​ Mehriban xanım Əliyeva həmişə xalqın yanındasınız.

Əziz Prezidentimiz! Biz - ölkənin bütün​ incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyir və təbliğ edirik. Biz inanırıq ki, dünyamız üçün​ ​belə çətin sınaq günlərində bu bəladan az itkilərlə və alnıaçıq çıxmaq üçün məqamında verdiyiniz qərarlar, apardığınız islahatlar, ölkəmizin təhlükəsizliyi naminə atdığınız hər bir addım öz bəhrəsini verəcəkdir. 

Bir daha sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq".






Baxış sayı:43 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:8-05-2020, 22:57

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика