Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatr tamaşaçılarına sorğu ünvanladı



Musiqili Teatr tamaşaçılarına sorğu ünvanladı   

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rəsmi sosial şəbəkə hesablarından virtual izləyicilərinə maraqlı sorğu ünvanlayıb. 

Belə bir sorğunun yaranmasına səbəb isə karantin günlərində teatrın virtual izləyicilərinin sayının gündən - günə artması və bu qocaman sənət məbədinə onların hədsiz marağıdır. 

Elə bu baxımdan da, teatr hər dəfə izləyicilərin istək və arzularını nəzərə alaraq, repertuarında xüsusi yeri olan maraqli nümunələri, eyni zamanda xalqın sevdiyi retro tamaşaları "Facebook" səhifəsində canlı yayım vasitəsilə təqdim edir. Bu, mövcud vəziyyətdə teatr və tamaşaçı arasında əlaqə yaratmaq üçün ən yaxşı vasitə olsa da, təbii ki, heç nə canlı ünsiyyəti əvəz edə bilməz. 

Tamaşaçıların teatra böyük sevgisi yaradıcı kollektivi belə bir sorğu ilə onlara müraciət etməyə sövq edib.

 Belə ki, sual və cavab bəndləri link vasitəsilə aşağıdakı qaydada göstərilib:

"Teatrımız iyul və avqust aylarında fəaliyyət göstərərsə, tamaşalarımızda iştirak etmək istərdinizmi?" 

"Bəli, iştirak edərdim", 

"Xeyr, kütləvi yerlərdə hələlik iştirak etməkdən çəkinirəm", 

"Xeyr, maddi imkanım yoxdur"

Sorğuda iştirak edənlər öz variantlarını eyni zamanda şərh bölməsində yaza bilərlər.

Beləliklə, Akademik Musiqili Teatr sorğuda iştirak etmək üçün hamınızı göstərilən linkə daxil olaraq öz münasibətinizi bildirməyə dəvət edir.

https://www.facebook.com/100003879602468/posts/1692387227567248/?d=n


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı:28 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:6-05-2020, 22:25

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика