Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrda hazırlanan "Cehizsiz qız" tamaşasının online məşqləri keçirilir



Akademik Musiqili Teatrda hazırlanan  "Cehizsiz qız" tamaşasının online məşqləri keçirilir 

Yaradıcılıq fəaliyyətlərini ölkəmizdəki mövcud karantin qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi evdə qalsalar da işlərindən qalmırlar.

Bu dəfə teatrın rus bölməsinin aktyorları müəyyən məcburi fasilədən sonra böyük rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın virtual məşqlərində bir araya gəliblər.

Səhnə əsərinin quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlovanın iştirakıyla keçən  videogörüşdə tamaşanın yaradıcı heyəti ilə bəzi müzakirələr aparılıb.

Heç bir virtual əlaqə canlı ünsiyyəti əvəz etməsə də yaranan fürsətdən səmərəli istifadə etdiklərinə görə aktyorlar məmnun görünürdülər. 

Qeyd edək ki, maraqlı quruluşu ilə təkcə  Akademik Musiqili Teatrda deyil, ölkəmizin teatr məkanında bir yenilik olacaq bu layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.​

Xalq  artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları əsas rollarda çıxış edəcəklər.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 




Baxış sayı:221 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:23-04-2020, 19:22

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика