Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Karantin günlərində Akademik Musiqili Teatrın fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi



Karantin günlərində Akademik Musiqili Teatrın fəaliyyətinə həsr olunmuş videokonfrans keçirildi 

Xüsusi karantin günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivinin ev şəraitində ümumi fəaliyyətinin tənzimlənməsinin təşkili və​ bu qəbildən olan həlli vacib digər məsələlərin müzakirələrinə həsr edilmiş​ videokonfrans keçirilib.
Sahə rəhbərlərinin də iştirak etdiyi konfransda çıxış edən Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə ​dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar​ son günlərdə teatrın gördüyü işlərdən, "Evdə qal, sağlam qal" kampaniyası çərçivəsində təqdim olunan yeni-yeni​ layihələrdən danışıb. 
O, Mədəniyyət Naziri​ Əbülfəs Qarayevin mövcud vəziyyətlə əlaqədar teatrların fəaliyyətinə həsr olunmuş onlayn toplantısında ​səsləndirdiyi​ tələb və tövsiyələri, eyni zamanda​ digər önəmli məsələləri bir daha​ konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Akademik Musiqili Teatrın öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun davam etdirdiyini bildirən Ə.Lalayev yaşı 65-dən​ yuxarı və qayğıya ehtiyacı olan teatr əməkdaşlarının problemləri ilə daha yaxından və​ mütamadi şəkildə maraqlandığını, eyni zamanda bu problemlərin​ həll edildiyini​ nəzərə çatdırıb. Teatrın​ ​günün tələblərinə uyğun müasir texnoloji vasitələrdən və beynəlxalq təcrübədən​ yararlanaraq, fəaliyyətini virtual qaydada davam etdirməsi, sosial şəbəkələr üzərindən teatrın repertuarında olan tamaşaların onlayn nümayişinin yüksək səviyyədə​ təşkil edilməsi barəsində tövsiyələrini verən direktor bu sahədə Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının​ xüsusi​ rolunu da​ vurğulayıb və kanal rəhbərliyinə təşəkkürlərini bildirib: "Bir çox layihələr sosial şəbəkə hesablarımız vasitəsilə həyata keçirilsə də, bu çətin günlərdə teatr kollektivinin fəaliyyətinin daha geniş auditoriyaya təqdim olunmasında​ "Mədəniyyət"​ kanalının rolu əvəzolunmazdır".
Ə.Lalayev xüsusi qeyd edib ki, Teatrın inzibati binasında ardıcıl olaraq dezinfeksiya işlərinin aparılması və hazırda orada​ müvafiq qurumların icazəsi ilə çalışan teatr əməkdaşların fəaliyyətlərinə​ ciddi nəzarət olunur: "Hazırkı vəziyyət müvəqqəti xarakter daşısa da,​ yaradıcı heyətdən​ yeni və müasir standartlara cavab verən, yeni üsullarla hazırlanan layihələr tələb edir, eyni zamanda ​yüksək çəkiliş keyfiyyəti olan tamaşaların videomateriallarının daha geniş ictimaiyyətə təqdim edilməsi zərurətini doğurur".
Yaranmış fasilədən teatrın əməkdaşlarının səmərəli istifadə etmələri, yaradıcılıq axtarışlarının​ aparılması, yeni ideyalar üzərində düşünməyin vacibliyi, gələcəkdə teatrın​ fəaliyyətinin inkişafını daha da yaxşı təmin etmək üçün təkliflər səslənib. Bu gün "Evdə qal" kampaniyasına qoşulan kollektivin hər bir üzvü​ Akademik Musiqili Teatrın sosial şəbəkə hesablarında təqdim olunan istər yeni, istərsə də retro tamaşaların yayımlanmasında iştirak edir.​ Repertuarın zənginləşdirilməsi istiqamətində teatrın rejissorları quruluş verdikləri yeni tamaşaların yaradıcı heyətləri ilə birgə məşqlərini ev şəraitində davam etdirirlər. 
Virtual görüşdə iştirak edən teatrın direktor müavinləri – Hüseyn Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru​ Vəfa Mühacirova hesabat xarakterli çıxışları ilə karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələr və​ ​ yaradıcı heyətin gələcək fəaliyyətləri üçün nəzərdə tutulan proqramları açıqlayaraq bildiriblər ki,​ kollektivin hər bir üzvü ilə müasir texnoloji vasitələrlə​ mütamadi əlaqə saxlanılır, onlara karantin qaydalarına ciddi şəkildə əməl olunması tələbi və rəhbərliyin tapşırıqları çatdırılır. Bildirilib ki, Teatrın aktyor heyəti, xor, balet truppası, orkestrın ​fəaliyyəti videokonfranslar​ rejimi vasitəsilə tənzimlənir, onlara tapşırıqlar​ verilir və ​sonda görülən​ işlərin hesabatları soruşulur.​ ​ ​
Videokonfransda​ ​teatrın truppa rəhbəri, Əməkdar Mədəniyyət işçisi Vidadi​ Həsənov,​ teatrın baş dirijoru Əməkdar İncəsənət Xadimi​ Fəxrəddin Atayev, Əməkdar artistlər – teatrın baş xormeysteri Vaqif Məstanov, teatrın balet truppasının​ baletmeysterləri – Zakir və Yelena Ağayevlər və teatrın videomateriallarının​ rejissoru, montajçı-operator​ Hikmət Şahverdizadə və başqaları da çıxış edərək ayrı- ayrı sahələrin​ fəaliyyəti barədə məlumat verib​,​ təkliflər səsləndiriblər.​

Videokonfransda​ ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın​ həyata keçirdikləri​ tədbirlərin əhəmiyyəti​ böyük minnətdarlıq hissi ilə dönə-dönə vurğulanıb, tətbiq edilən xüsusi qayda və tövsiyələrə hər bir ölkə​ vətəndaşının​ ​əməl etməsinin​ vacibliyi​ ​xüsusi olaraq diqqətə çatdırılıb.


 





Baxış sayı:253 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:17-04-2020, 21:00

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика