Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Musiqili Teatr “Evdə qal!“ çərçivəsində beynəlxalq layihəyə imza atdı



Musiqili Teatr “Evdə qal!“ çərçivəsində beynəlxalq layihəyə imza atdı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.
Belə ki, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək​ maraqlı bir musiqi nömrəsi təqdim ediblər.​
Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib və onlar​ "Love" (S.Gündüz) əsərini səsləndiriblər.
Məkanları fərqli, məramları eyni olan​ ​ Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə​ qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar.




Baxış sayı:237 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:4-04-2020, 21:51

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика