Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatr da ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu



 

Akademik Musiqili Teatr da ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu  

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr rəhbərliyinin aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.





Baxış sayı:34 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:25-03-2020, 13:49

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика