Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Xalq artisti cəmiyyətə çağırış edir



Xalq artisti cəmiyyətə çağırış edir 

İlham Namiq Kamal: "Qaydalara əməl edək və həmrəyliyimizi pozmayaq”

"Ən güclü cəmiyyətlər fövqəladə vəziyyətlərdə toparlanmağı, həmrəylik nümayiş etdirməyi və dövlətin ətrafında sıx birləşməyi bacaran cəmiyyətlərdir. Tarix də bunu göstərir, müasir dünyamızın keşməkeşli prosesləri də. Mən şəxsən Azərbaycan cəmiyyətini belə güclü cəmiyyətlərdən hesab edirəm və günümüzdə yaşanan hadisələr də bunu sübut edir. Yəni hazırda cəmiyyətimiz COVID-19 təhlükəsinə qarşı böyük həmrəylik nümayiş etdirir”.

Bunu AYNA-ya açıqlamasında Xalq artisti, görkəmli aktyor İlham Namiq Kamal deyib. Bildirib ki, belə həssas durumlarda tək yol həmrəylik və ümuminin mənafeyi üçün tələblərə əməl etməkdir: "Bu gün koronavirus bütün dünyaya yayılıb və tək ölkəmizdə deyil, dünyanın dörd-bir yanında narahatlıqlara səbəb olub. Prosesi izlədikdə məlum olur ki, hansı ölkələrdə vətəndaşlar qadağalara əməl edirlərsə, dövlətin ətrafında sıx birləşirlərsə, oralarda virusu daha asan lokallaşdırmaq və qarşısını almaq mümkün olur. Əks halda, panikaya düşüldüyü, yersiz təlaşa yol verildiyi yerlərdə pandemiyaya qarşı müqavimət zəizləyir”.

"Mən bir ziyalı olaraq, ağsaqqal olaraq həmvətənlərimə çağırış edirəm: Qəti şəkildə təlaşa düşməyin, lazımsız dedi-qodulara inanıb qorxu mühiti yaratmayın. Əksinə, ruh yüksəkliyinizi diri tutun, daxilinizdəki inamı itirməyin. Bizim üzərimizə düşən budur ki, virusun yayılmasının önləmək üçün dövlətin gördüyü tədbirlərin daha səmərəli olması üçün tələblərə əməl edək, qaydaları pozmayaq və həmrəy olaq. Əminəm ki, biz birlikdə tezliklə bu təhlükəni dəf edəcəyik”, - İ.N.Kamal vurğulayıb.





Baxış sayı:62 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:23-03-2020, 17:56

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика