Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası yenidən oynanılacaq



Akademik Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası yenidən oynanılacaq
31 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin "Fransızsayağı qarnir”​ iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq. Əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən  olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.

Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın​ ilk  nümayişi 2011-ci ilin oktyabrın 1-də oynanılıb və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, "Fransızsayağı qarnir”​ iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

     Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova  ifa edəcəklər. 

  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya həvəskarı olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.​ 

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar. 


 




Baxış sayı:158 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:17-01-2020, 21:31

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика