Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Prezidentin ad günündə Akademik Musiqili Teatrda Prezident təqaüdçüsünün solo konserti



Prezidentin ad günündə Akademik Musiqili Teatrda Prezident təqaüdçüsünün solo konserti 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçirilib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan konserti teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, ötən mövsümün "Ən yaxşı musiqiçisi” nominasiyasının mükafatçısı, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel və kontrabasda mükəmməl ifa bacarığı olan gənc istedad –  Atabəy İsmayılov barədə musiqisevərlərə ətraflı məlumat verib. O, öz çıxışında teatrın 2019-cu ilin ən uğurlu layihələri sırasında adları "Qızıl kitab”a yazılan gənclərin –konsertmeyster Kamil Həsənovun və balaca aktyor, vokal ifaçısı Atilla Məmmədovun da solo konsertlərininin keçirildiyini bildirib və onların hər birinə uğurlar arzulayıb. 

Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə keçən konsertdə Atabəy İsmayılov özünün müəllifi olduğu kompozisiyalarla yanaşı,  "Gecə keçdi” (F.Əmirov), "Yollar” (V.Mustafazadə), "Səninəm” (P.Axundova), "Çahargah rapsodiyası” (H.Rzayev), "Hardasan” (S.Rüstəmov), "Autumn leaves” (J.Cosma), "Oblivion” (A.Piazzolla), "1001 gecə” baletindən "Şəhrizadın bayramı" (F.Əmirov) musiqi parçalarını səsələndirib. Onunla birlikdə səhnədə Akademik Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, Əməkdar artistlər – Toğrul Əsədullayev, İsgəndər Ələsgərov, musiqiçilər – Abbas Səfərov, beynəlxalq müsabiqələr laureatları – Pərviz Məmmədov, İlqar Baxşıyev, Ramin Pələngov, Vəfadar Ramiz, Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova da çıxış ediblər.

Konsertin sonunda alqışlar və gül-çiçək dəstələri ilə qarşılanan Atabəy İsmayılov gənclərə yaradılan bu şəraitə görə dövlət başçımıza dərin minnətdarlığını bildirib.





Baxış sayı:150 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:26-12-2019, 11:26

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика