Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə...



Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə... 

15 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət” ordenli Xalq artisti, milyonların gülüş payı Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyası 40-cı dəfə nümayiş olunacaq.

Tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın​ repertuarındadır və​ artıq neçə ildir ki, uğurla nümayiş olunur.​ Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar – Möylə Mirzəliyev,  Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.​

 Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. 

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.​ 

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar. 


 




Baxış sayı:133 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:11-12-2019, 13:13

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика