Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov



Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov 

Noyabr ayının 27-də saat 14:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq​ müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən!" adlı solo konserti keçiriləcək. Konsertdə o, "Azərbaycan" (M.Maqomayev), "Sevgili canan" (Ü.Hacıbəyli), "Ana" (S.Əliyeva), "Dichitenchello Vuie" (R.Falvo), "O Sole mio" (E.Di Kapua), "I will​ survive" (G.Gaynor), "Quizas​, Quizas, Quizas" (Osvaldo Faresa), "Hava nagila" (Yəhudi xalq mahnısı), "Litalyano Pero" (Toto Kutunyo) və "Ey Vətən" (Elza İbrahimova) mahnılarını ifa edəcək. Qeyd edək ki, Akademik Musiqili Teatrın kiçik yaşlı aktyoru Atilla​ Məmmədov vokal ifaçılığına hələ 6 yaşında ikən ​​başlayıb. 2015-ci ildə Azərbaycanı Türkiyədə "O səs Türkiyə" yarışmasında təmsil edərək finalçı olan bu​ istedadlı​ oğlan 2017-ci ildə həm İtalyada "Testene Art" və həm də Gürcüstanda  "Harmony World" beynəlxalq müsabiqələrdə 1-ci yerlərə sahib olub.

2017-ci ildə​ ölkə başçısı İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların "Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb. 

2017-ci ildən Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirən kiçik yaşlı aktyor ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" (A.de Sent Ekzüperi, R.Ağababayev) tamaşasında Balaca Şahzədə obrazını canlandıran iki aktyordan biridir. 

Ürəyəyatımlı səs tembri olan Atilla bu il Gürcüstanda keçirilən "Wonderland" adlı beynəlxalq müsabiqədə ikinci yeri qazanıb. 






Baxış sayı:97 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:19-11-2019, 16:05

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика