Azərbaycan Dövlət Musiqili Teatrı

Хəbərlər

TÜRKSOY-un Baş katibi Akademik Musiqili Teatrın aktyorunu təbrik etdi



TÜRKSOY-un Baş katibi Akademik Musiqili Teatrın aktyorunu təbrik etdi 
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Respublikamızın Xalq artisti, "Şöhrət'' ordenli, professor İlham Namiq Kamalı 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdiyi uluslararası türk mədəniyyət təşkilatı adından onu mükafatlandırıb. O, İlham Namiq Kamala uğurlu səhnə fəaliyyətinin davamlı​ olmasını arzulayıb.
​Səmimi görüşdə​ Xalq artisti ona göstərilən yüksək diqqət və qayğıya görə Düsen Kaseinova təşəkkürünü bildirib: ''Əlbəttə, bu cür xoş münasibət nəinki mənim yaradıcılığıma, eyni zamanda Azərbaycan teatrına verilən yüksək qiymətdir... 70 illik yubileyimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə çalışdığım Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində,​ fəaliyyətimə dəyər verən sənət dostlarımın əhatəsində, təntənəli şəkildə qeyd​ etdim... Fürsətdən istifadə edib bu gözəl anları mənə yaşadan, zəhməti olan hər kəsə yenə də​ ​minnətdarlığımı bildirirəm. O vaxtdan indiyə bir neçə ay keçib, amma hələ də təbriklər almaqda davam edirəm. TÜRKSOY kimi bir qurumun diqqətində olmaq isə məni daha da​ fərəhləndirir.​ Bir aktyor üçün bundan gözəl mükafat yoxdur”




Baxış sayı:43 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:29-10-2019, 14:51

Şərhlər

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика