Nərmin Əliyeva

Əliyeva Nərmin Mirzəteyyub qızı 29 mart 1994-cü ildə Bakıda anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının, 2018-ci ildə isə Moskva Dövlət İncəsənət İnstitutunun "Akademik vokal" şöbələrini bitirib. O, bir çox festival və layihələrdə iştirak edib, laureat adını qazanıb. Bir neçə qısametrajlı filmə çəkilib. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına artist-solist-vokalist vəzifəsinə qəbul olunub.  Gənc aktrisa "Dəcəl Çəpişlər" (O.Zülfüqarov, R.Heydər), "Baladadaşın toy hamamı" (Elcin, F.Allahverdi), "Yatmış gözəl" (səhnələşdirən A.Sadıqov), "Qırmızıpapaq" ( E.Sabitoğlu, Y.Şvarts), "Buratino" (A.Tolstoy, A.Ribnikov) və digər tamaşalarda iştirak edib.