Sübhan Rüstəmov

Rüstəmov Sübhan Qurban oğlu 6 dekabr 2001-ci ildə Gəncədə anadan olub. 2007-2018-ci illərdə Bakı şəhər 2 saylı tam orta məktəbdə oxuyub. 2018-2022-ci illərdə Bakı Musiqi Akademiyasının "Estrads sənəti" fakültəsində təhsil alıb. 2021-2022-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aktyor vəzifəsində çalışıb. 2022-2023-cü illərdə hərbi xidmətdə olub.

Gənc aktyor "Qızıl toy"da Azər,  "Yatmış Gözəl"də Cırtdan obrazında səhnəyə çıxıb.

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" (Mübariz Həmidovun ssenarisi əsasında) musiqili -tarixi essedə iştirak edib.