Günay Qasımova

Qasımov Günay Oktay qızı 1986-cı ilin aprel ayının 5-də Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 182 saylı orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqişünaslıq ixtisası üzrə Solo oxuma fakültəsində təhsil alıb. 2008-2010-cu illərdə həmin ali təhsil müəssisəsinin Müsiqişünaslıq ixtisası üzrə  Opera və Kamera müğənnisi fakültəsinin magistr pilləsini başa vurub. 2007-2015-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xor kapellasında çalışıb. 2015-ci ilin 24 oktyabrında həqiqi hərbi xidmətə çağrılıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs ansamblında işləyib. 10 noyabr 2022-ci ildə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin konsertmeysteri vəzifəsinə təyin edilib. Bir çox beynəlxalq müsabiqələrdə iştirak edib. 2023-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili teatrında çalışır.