Nadejda Povelitsina

Povelitsina Nadejda Vladimir qızı 29 sentyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə 11 illik musiqi məktəbinin skripka sinfini, 1977-ci ildə isə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib. 1976-cı ildən bu günə qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyir. 1976-cı il 16 mayda ilk debütü İ.Kalmanın «Maritsa» operettasında Liza rolu olub. İ.Kalman «Siqan primyer» də Zari, Yulişka, R.Hacıyev «Qafqazlı qardaşqızı»nda Natavan, Bibixanım, J.Herman «Hello Dolli»də Ermenqorda, İ.Kalman «Silva»da Stassi, R.Hacıyev «Ana mən evlənirəm»də Tamilla, Ü.Hacıbəyli «Arşın mal alan»da Telli, G. Qladkov, M.Dyarfoş «Oyan və oxu»da Karola, F.Leqar «Şən dul qadın»da Valentina, İ.Kalman «Bayadera»da Marietta, İ.Kalman «Maritsa»da Maritsa, Qaraçı Manya, M.Li «Lamançlı adam»da Antoniya, «Şapka s uşami»də Kisanka, L.Vanşteyn, R.İbrahimbəyov «Beloe solntse pustıni»də Gülçatay, İ.Ştraus «Letuşaya mış»da Adel, R.Hacıyev «Perekrestok»da Anna, A.Kolker, V.Kanstantinova və B.Raçera «Poslednaya lyubov Nasreddina»da Zülfiyyə, E.Sabitoğlu, V.Kolmanovski «Bir dəfə Bağdadda»da Züleyxa,  E.Sabitoğlu, E.Şvarts «Qırmızı papaq»da Ana, İ.Krılov «Trumf ili torjestvo lyubvi»də Podşipa, A.Mirzə, Z.Fərhadov «Məlikməmmədin sərgüzəşləri»ndə Satıcının arvadı, R.Ağayeva «Nu volk poqodi»də Nənə və Naf-Naf, R.Şəfəq, V.Zimin «Yağış göbələyinin macərası«nda Rıjik, J.B.Molyer «Skapenin kələkləri»ində Nerina kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 1982-ci ildə Minskdə keçirilən III Beynəlxalq festivalda teatrı təmsil edib. 30 ildir ki, Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster ustalığı kafedrasında çalışır. Həmçinin Asəf Zeynallı adına musiqi kollecində vokal uzrə konsetmeyster fənnini tədris edir. Kopelhausda keçirilən konsertlərdə iştirak edir. 2013 cü ildə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif olunub.