Murad Ağayev

Ağayev Murad Güləli oğlu 1998-ci ilin 4 oktyabrında Bakı şəhərində anadan olub. 2006-2013-cü illərdə 117 nömrəli tam orta məktəbdə oxuyub.
 2013-cü ildə Bakı Xoreoqrafiya Akademiyasına qəbul olub və oranı  bitirdikdən sonra 2016-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrda balet artisti vəzifəsinə qəbul edilib.  2017-2019-cu illərdə həqiqi hərbi xidmət dövrü keçib. 

2020-ci il sentyabr ayının 29 da könüllü olaraq 44 günlük vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya kimi döyüş yolu keçib. O, "Laçının azadlığı uğrunda"  medalı ilə təltif olunub, eyni zamanda Dövlət tərəfindən "Dəmir yumruq" medalı və "Veteran" sənədinə layiq görülüb. 
 Hazırda Akademik Musiqili teatrda Baletmeyster assistenti vəzifəsində çalışır. Teatrın bir çox tamaşalarında iştirak edib.