Azərbaycan Dövlət Musiqili Teatrı

Direktorluq

Vəfa Mühacirova

Vəfa Mühacirova


Vəfa Rüstəm qızı Mühacirova 1983-cü ildə anadan olub. 2000-2004-cü illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Sənətşünaslıq» fakültəsində «Teatrşünaslıq» ixtisası üzrə təhsil alıb. Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, 2004-cü ildə həmin ixtisas üzrə magistraturaya qəbul olunub.

2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantura pilləsinə daxil olub. 2015-ci ildə "Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcılıq yolu (1968-2006-cı illər)” mövzusunda müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc Rejissorların Respublika Festivalında ekspert qrupunun üzvü olub. Daha sonra isə ölkə başçısının "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən həyata keçirilən Milli Teatr Festivalında (2010) tənqidçilər qrupunun tərkibinə daxil edilib.

Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Dövlət Musiqili Teatrında başlayıb. Burada reklam üzrə redaktor, prodüser fəaliyyəti və analitik informasiya şöbəsində redaktor, ədəbi hissə müdiri vəzifələrində çalışıb. Hazırda teatrda direktor müavini kimi fəaliyyətini davam etdirir. 2009-cu ildən Teatr Xadimləri İttifaqının üzvüdür.



Baxış sayı:121 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:5-01-2015, 12:11

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика