Azərbaycan Dövlət Musiqili Teatrı

Direktorluq

Hüseyn Hüseynov

Hüseyn Hüseynov


Hüseyn Akif oğlu Hüseynov 19 avqust 1979-cu il tarixində Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Texniki Universitetinin "Elektrotexnika və elektromexanika” fakultəsinin "Elektrik nəqilyyatı” ixtisasını bitirib. 2000-2002-ci illərdə Azərbaycan Silahli Qüvvələri Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrində zabit olaraq həqiqi hərbi xidmətdə olub. 1997-ci ilin yanvar ayından Akademik Milli Dram Teatrında səhnə fəhləsi olaraq teatr fəaliyyətinə başlayıb. 2008-ci ilə kimi burada Baş səhnə maşinisti, əmtəəşünas, təsərrüfat hissə müdiri, bina üzrə adminstrator, bilet təsərrüfatı üzrə adminstrator vəzifələrində çalışıb. 12 may 2008-ci il tarixində Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Baş inzibatçı vəzifəsinə təyin olunub. 2010-cu il oktyabr ayında teatrın Bədii quruluş hissə müdiri vəzifəsinə keçirilib, 2012-ci il yanvar ayından iyun ayına qədər isə teatrın direktor mavini vəzifəsini icra edib. 2012-ci il iyun ayında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktor müavini vəzifəsinə təyin edilib. Həmin tarixdən etibarən Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini vəzifəsində çalışır.



Baxış sayı:1190 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 05:27

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика