Azərbaycan Dövlət Musiqili Teatrı

İnzibati heyət

Sücəddin Sadiyev

Sücəddin Sadiyev


Sadiyev Sücəddin Sənan oğlu 20 aprel 1961-ci ildə Yardımlı rayonunun Telovar kəndində anadan olub. 1981-ci ildə M.A. Əliyev adına İncəsənət İnstitutunun Teatr fakultəsinin Musiqili Komediya Aktyorluğu şöbəsinə qəbul olunub və 1986-ci ildə oranı bitirib. 1987-1988-ci illərdə Teatr Xadimləri İttifaqının "Satira studiyası”nda rejissor köməkçisi işləyib. 1988-ci ildən 1991-ci ilə qədər Opera və Balet Teatrinda Mimans artisti, 1991-ci ildən 1993-cü ilə qədər böyuk inzibatcı, 1993-cü ildən 2005-ci ilə qədər direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən 2014-cü ilə qədər Akademik Milli Dram Teatrında Baş inzibatçi vəzifəsində işləyib. 2014-cü ilin fevral ayından Azərbaycan Dövlət Musiqili Teatrında Baş inzibatçı vəzifəsində çalışır. Teatr Xadimləri İttifaqının üzvüdür.



Baxış sayı:543 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:2-12-2014, 14:11

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика