Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Süleymanlı Səməd

Süleymanlı Səməd


Səməd Süleymanlı Vaqif oğlu 1983-cü il avqustun 26-da Bakı şəhərində, ziyalı ailəsində anadan olub. 

1989-cu ildə  83 saylı orta məktəbə (Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən) gedib. 1997-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən İhsan Doğramacı adına Bilkent Universitetinin "Musiqi va Səhnə Sənətləri fakültəsi"nin nəfəs alətləri "Truba" ixtisası üzrə bitirib. Ankara, İstanbul, Mersin və s. şəhərlərdə solist ifaçı olaraq konsertlərdə çıxış edib. 
2001-ci ildə Bakı Musiqi Akademiyasının "Dirijorluq, zərb alətləri və musiqişünaslıq" fakültələrinə  daxil olub. Dirijorluq fakültəsini Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Opera va Balet Teatrının bədii rəhbəri və baş dirijoru Cavanşir Cəfərovun sinfində alıb. Hələ tələbə ikən 2002-ci ildən Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin (Aztv) Niyazi adına simfonik orkestirində 1-ci dərəcəli zərb alətləri qrupunun konsertmeystr ifaçısı vəzifəsində çalışıb. 2005-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestrində fəaliyyət göstərib.15 oktyabr 2005-ci ildə manqa komandiri, 10 mart 2006-cı ildə "Baş əsgər", 22 iyun 2006-cı ildə isə "Kiçik çavuş" rütbələrini alıb. 1 iyul 2006-cı ildə ordu sıralarından təxris olunub. Elə həmin il Azərbaycan Televiziya və Radio verilişləri qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestrində tutduğu vəzifəyə bərpa olunub. 2011-ci ildə AzTv-nin Niyazi adına Simfonik Orkestrinin Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilib. 2017-ci ildə Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev tərəfindən (əldə etdiyi nailiyyətlərə görə ) "Fəxri fərman"la təltif olunub. Eyni zamanda 2012-ci ildən bugünkü günədək R.Behbudov adına 2 saylı və Ə.Bədəlbəyli adına 23 saylı musiqi məktəblərində "Zərb alətləri" ixtisası
üzrə müəllim vəzifəsində çalışırır. (Qeyd edək ki, Səməd müəllimin şagirdləri bir çox müsabiqələrdə və festivallarda laureat adlarına layiq görülüblər.) 2016-2017-ci tədris ilində qazandığı yüksək nailiyyətlərə və məktəbin ictimai həyatında səmərəli fəaliyyətinə görə "Fəxri fərman"la təltif olunub. 2017-ci ildən bu günə qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dirijor vazifəsində çalışır.

2019-cu ildə 18 sentyabr Musiqi gününə həsr olunmuş musiqi həftəsində Akademik Musiqili Teatrın orkestri ilə konsertdə çıxış edib, həmin ilin dekabr ayında Azərbaycan Vokalçılar Festivalında da bir çox vokalistlər üçün dirijorluq edib. Teatrda çalışdığı müddət ərzində Ü.Hacıbəylinin "Ər və Arvad", O.Kazıminin "Qızıl Toy", R.Mirişlinin "Qısqanc Ürəklər", R.Hacıyevin "Talelər qovuşanda" , F.Allahverdinin "Baladadaşın Toy Hamamı", E.Sabitoğlunun "Qırmızı Papaq" tamaşalarına dirijorluq edir. Bundan əlavə,  "Mən, Nənəm, İliko va İllarion" tamaşasının musiqi rəhbəri va tərtibatçısıdır. Akademik Musiqili Teatrda yeni hazırlanan C.Allahverdiyevin "İstintaq" tamaşasının quruluşçu dirijorudur.

 

 



Baxış sayı:1795 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:04

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика