Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Nabat Səmədova

Nabat Səmədova


Nabat Məhərrəm qızı Səmədova 1950-ci ildə Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1980-cı ildə Moskvada Ümumittifaq İxtisasartırma kurslarında «Quruluşçu rəssam» ixtisasına yiyələnmişdir. 1975-ci ildə N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri «Oqtay Eloğlu», «Dağılan tifaq», «Bahalı oğlan» və s. tamaşalar olmuşdur. 1982-ci ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda H. Cavidin «Afət», İ. Karaçalının «İtirilmiş məktub», A. Abdulinin «13-cü sədr» əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N. Səmədova bu teatrda S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət», O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun», R. Mustafayev, C. Məmmədov «Məsmə xala dayımdır», R. Əkbər «Bəydullanın möhtəşəm toyu», S. Fərəcov, R.N. Güntəkin «Bir günlük siğə», Üzeyir Hacıbəyli "Arşın mal alan”, Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir”, Emin Sabitoğlu, Cahangir Məmmədov www.ferzeli-kef.com (On minlik kef), Jan Botis Molyer «Skapenin kələkləri», Ə. Haqverdiyev "Kimdir müqəssir?” tamaşalarına bədii tərtibat vermişdir. Ümumən, 28 illik iş stajına malik olan rəssam 60-dan artıq teatr tamaşasının, 14 televiziya filminin quruluşçu-rəssamı olmuşdur.



Baxış sayı:648 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:48

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика