Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Vidadi Həsənov

Vidadi Həsənov


Həsənov Vidadi Allahverdi oğlu 15 may 1973-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Mədəni-maarif işi» fakultəsinin «Teatr kollektivləri rejissorluğu» ixtisasına yiyələnmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına səhnə maşinisti vəzifəsinə daxil olmuşdur. 1995-ci ildən isə rejissor-assistenti kimi fəaliyyətini davam etdirir. İşlədiyi müddət ərzində Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz», (rejissor Yaşar Nuri), Səid Rüstəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin» (rejissor Siyavuş Aslan), Fərəc Qarayev, Eduardo de Filippo «Filumena Marturano» (rejissor Cənnət Səlimova), M. Qluza, Q. Qorin «Pominalnaya molitva» (rejissor Cənnət Səlimova), C. Puaro «Vesyolinkiy ujin v kontse nedeli» (rejissor Cənnət Səlimova), Ramiz Mustafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır» (rejissor Ədalət Ziyadxanov), Emin Sabitoğlu, Evgeni Şvarts «Qırmızı papaq» (rejissor Boris Qrafkin), Hans Kristian Anderson «Düyməcik» (rejissor Boris Lukinskiy), Rafiq Səməndər «Gülmək qadağandır» (rejissor Yusif Əkbərov) tamaşalarını idarə etmiş və Zülfüqar Hacıbəyov «50 yaşında cavan» rejissor (Siyavuş Aslan), Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik» (rejissor Siyavuş Aslan), Oktay Kazımov, Ramiz Heydər «Qızıl toy» (rejissor Yusif Əkbərov), Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduzu» (rejissor Yusif Əkbərov), Soltan Hacıbəyov, Məhərrəm Əlizadə «Qızıl gül» (rejissor Siyavuş Aslan), Emin Sabitoğlu, Cahangir Məmmədov «10 min dollarlıq keyf» (rejissor Ədalət Ziyadxanov), Emin Sabitoğlu, Vladimr Kalmanovski «Odnajdı v Baqdade» (rejissor Cənnət Səlimova), İmre Kalman «Tsıqan premyer» (rejissor Boris Lukinskiy), İmre Kalman «Silva» (rejissor Cənnət Səlimova), İmre Kalman «Maritsa» (rejissor Cənnət Səlimova), Frans Leqar «Vesyolaya vdova» (rejissor Cənnət Səlimov, Qara Qarayev «Neistovıy Qaskonets» (rejissor Cənnət Səlimova), Üzeyir Hacıbəyli «O olmasın, bu olsun» (rejissor Cənnət Səlimova), Emin Sabitoğlu, Rüfət Əhmədzadə «Hələlik» (rejissor Ədalət Ziyadxanov), Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül» (rejissor Yusif Əkbərov), Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət» (rejissor Yusif Əkbərov), Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə» (rejissor Yusif Əkbərov), Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı» (rejissor Faiq Zöhrabov), Rauf Hacıyev, Faiq Zöhrabov «Talelər qovuşanda» (rejissor Faiq Zöhrabov), Cavanşir Quliyev, Qeybulla Rəsulov «Məhəbbət oyunu» (rejissor Faiq Zöhrabov), Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını» (rejissor Faiq Zöhrabov) tamaşalarında rejissor-assistenti kimi fəaliyyət göstərmişdir. Bundan başqa teatrda keçirilən tədbirlərdə iştirak etmiş, Gülçöhrə Şəfiyeva, Vaqif İbrahimoğlu, Hafiz Quliyev, Aleksandr Şarovski və başqa rejissorlara assistentlik etmişdir. 2006-cı ildən rus bölməsi üzrə truppa müdiri vəzifəsinə keçmiş və bu müddət ərzində Rəna Ağayeva, Aleksandr Xayt «Nu volk, poqodi» (rejissor Əhəd Hacıyev 29 aprel 2006), İmre Kalman «Bayadera» (rejissor Cənnət Səlimova, 21 dekabr 2007), Rəşid Şəfəq, Vladimir Zimin «Prikluçenie dajdeviçka» (rejissor Boris Qrafkin, 17 may 2008), Üzeyir Hacıbəyli "Arşın mal alan” (quruluşçu-rejissor Elvin Mirzəyev, 11 oktyabr 2009), Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir” (quruluşçu-rejissor Əsgər Əsgərov, 1 oktyabr 2011), Emin Sabitoğlu, Cahangir Məmmədov www.ferzeli-kef.com (On minlik kef) (rejissor Əhəd Hacıyev, 21 may 2012), S. Kərimi, Ə. Ol "Kimyagər” (M.F. Axundzadənin 200 illik yubileyi ilə əlaqədar, rejissor Bəhram Osmanov, 8 iyun 2012), Jan Botis Molyer «Skapenin kələkləri» (rejissor Əsgər Əsgərov, 22 yanvar 2013) əsərləri təhvil verilmişdir. V. Həsənov 2012-ci il 1 yanvar tarixindən Azərbaycan bölməsinə də rəhbərlik edir.



Baxış sayı:844 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:11

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика