Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Telli Pənahqızı

Telli Pənahqızı


Telli Pənahqızı 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. (1971-1976). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlamışdır. "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifəsilərində çalışmışdır. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Əsərləri: "Ömrün qoşa izləri”, Bakı, "Maarif”, 1995. "Tanrımla söhbət”, Bakı, 1999. "Ayrılıqdan sonra çəkilmiş şəkillər” "Səsində ay işığı var” "Sizi sevən Sərdaram” "Uzun incə bir yol varmış”, 2011 Filmoqrafiya: "Nailə” (film, 1994) "Min Ev Sədərək” (film, 2004) "Sizi Sevən Sərdaram” (film,2005)



Baxış sayı:496 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:05

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика