Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Əhəd Hacıyev

Əhəd Hacıyev


Hacıyev Əhəd AğaHüseyn oglu 28 noyabr 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor və rejissor sənəti" fakültəsinin "Dram rejissoru” ixtisasına daxil olmuşdur. 2001-ci ildə universitetin bakalavr diplomunu alıb və həmən ildədə magistraturaya daxil olmuşdur. 2003-cü ildə magistraturanı bitirmişdir. Tələbə ikən Nodar Dumbadzenin "Ağ bayrağlar”, Molyerin "Meşşanın zədəganlığı” və Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadir” əsərlərini universitetin tələbələri ilə səhnələşdirmiş və "İsmayıl Hidayətzadə və musiqili rejissura” elmi əsərini yazmışdir. Universitetdə oxumaqla yanaşi 1998-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına rejissor assistenti vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində C. Məmmədov, O. Kaziminin "Dəli dünya”(rej-F. Zöhrabov), R. Səməndərin "Gülmək qadağandır” (rejissor Y. Əkbərov), A. Qüdrət, R. Mustafayev "Volqalı canan” (rejissor F. Zöhrabov), C. Məmmədov, R. Mustafayev "Məsmə xala dayımdır” (rejissor Ə. Z iyadxanov) musiqili komediyalarında rejissor assistenti, A. Şaiq, R. Şəfəq "Bir saatlıq xəlifə” (rejissor Ə. Ziyadxanov), R. Əkbər "Bəydullanın möhtəşəm toyu” (rejissor F. Zöhrabov), Anar, V. Adıgözəlov "Aldın payını, çağır dayıni” (rejissor F. Zöhrabov) əsərlərində ikinci rejissor kimi fəaliyyət göstərmişdir. O,1999-cu il tarixdə teatrda birdəfəlik ödəniş üsulu ilə Porutçik, İ.Kalman "Nümunəvi qaraçi” (Qoçu), A. Babayev, O. Rəcəbov "Əlin cibində olsun” (Canavar), Y. Şvars, E. Sabitoglu "Qırmızi papaq” (Cangüdən və Ərəb şəhzadəsi), Tamara Vəliyeva, E. Sabitoglu "Bankir adaxlı” (Cangüdən), Ə. Əmirli, S. Fərəcov "Səhnədə məhəbbət” (Satıcı), F. Zöhrabov, R. Hacıyev "Talelər qovuşanda” tamaşalarında aktyor kimi oynamşdır. 2003-cü ildə teatrın rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rejissor vəzifəsinə keçirilmişdir. 2006-cı ildə A. Kurdlyanskiy, A. Xayt "Bir dayan,canavar!”, 2007-ci ildə İ. Məlikzadə, S. Ələskərov "Kələkbazlar”, 2012-ci ildə E. Sabitoğlu, C. Məmmədov "www.Fərzəli_kef.com” musiqili komediyalarına qurluş vermişdir. Hal-hazırda R. Heydər və O. Zülfüqarovun "Dəcəl çəpişlər” uşaq musiqili tamaşasını səhnələşdirir. Ailəlidir, iki övladı var.



Baxış sayı:775 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 14:32

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика