Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Nərminə Əbdürəhmanova

Nərminə Əbdürəhmanova


Əbdürəhmanova Nərminə Məşədi Ağa qızı 24 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1976-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinin fortopiano fakultəsini bitirmişdir. 1981-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt şəhərində S. Hacıbəyov adına musiqi məktəbində müəlliməliklə başlamışdır. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında vokal sinfi üzrə konsertmeyster vəzifəsinə təyin edilmişdir. Teatrda işlədiyi müddət ərzində bir çox tamaşalara konsertmeysterlik etmişdir. İşlədiyi müddət ərzində Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz», Oktay Kazımov, Ramiz Heydər «Qızıl toy», Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduzu», İmre Kalman «Tsıqan premyer», Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül», Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət», Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə», Rauf Hacıyev, Faiq Zöhrabov «Talelər qovuşanda», Emin Sabitoğlu, Cahangir Məmmədov www.ferzeli-kef.com (On minlik kef) tamaşalarına konsrtmeystrlik etmişdir.



Baxış sayı:510 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 14:23

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика