Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Elməddin Dadaşov

Elməddin Dadaşov


Dadaşov Elməddin Həmzə oğlu 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Rejissor sənəti» fakultəsinə daxil olmuşdur. 2008-ci ildə isə bu fakultənin «Dram rejissoru» ixtisası üzrə məzunu olmuşdur. 2005-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əvvəlcə «Səhnə maşinisti» kimi çalışmağa başlamışdır. Hazırda isə rejissor-assistenti vəzifəsində çalışır. İşlədiyi müddət ərzində «Aldın payını, çağır dayını», «Talelər qovuşanda», «Bir günlük siğə və ya keçmiş ola arkadaş», «Əlin cibində olsun», «Məsmə xala dayımdır» kimi tamaşalarını idarə etmişdir. «Nu volk, poqodi», «Qısqanc ürəklər», «Milyonçunun dilənçi oğlu», «Yeddi məhbusə anası», «Bayadera», «Mən dəyərəm min cavana», «Yağışcığın macərası», Ü. Hacıbəyovun «Arşın mal alan», Ə. Haqverdiyevin "Kimdir müqəssir?”, S. Kərimi, Ə. Ol "Kimyagər”kimi tamaşalarda rejissor-assistenti kimi fəaliyyət göstərmişdir. E. Dadaşov bəzi tamaşalarda aktyor kimi də çıxış etmişdir. «Milyonçunun dilənçi oğlu» tamaşasında Şair, «Yeddi məhbusə anası» komediyasında Qamət və Cin , «Şeytanın yubileyi» tamaşasında Cangüdən və Polis, «Aldın payını, çağır dayını» musiqili komediyasında Tarik Tərlan (Tərgəldi), Ə. Haqverdiyevin "Kimdir müqəssir?” əsərində Pişik obrazlarını ifa etmişdir.



Baxış sayı:1170 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 14:06

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика