Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Vaqif Məstanov

Vaqif Məstanov


Məstanov​ Vaqif​ Teyyub​ oğlu​ 9 may 1955-ci​ ildə anadan olub.

Atasının sənət yolunun davamçısı olan Vaqif Məstanov da ömrünü musiqiyə bağlayıb. O,  F.Əmirov adına incəsənət məktəbini bitirdikdən sonra 1970-ci ildə A.Zeynallı adına Bakı Musiqi kollecinin skripka sinfinə daxil olub.  1974-1978 -cı illərdə Qırmızı Bayraq Xəzər Flotiliyasının Konsert Ansamblında hərbi xidmətlə əmək fəaliyyətinə başlayıb. Hərbi​ xidməti​ başa vurduğdan sonra 1978-1983-cü illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluğu fakultəsində Nicat Məlikov və Zərifə İsmaylovanın siniflərində təhsilini davam etdirib.

1978-1990-ci illərdə Azərbaycanın məşhur xormeysteri​ E.Novruzovun​ rəhbərliyi altında Azərbaycan Dövlət xor kapellasında işləyib. Konservatoriyada oxuduğu müddətdə xormeyster kimi fəaliyyətə başlayır. Bu illər ərzində Bakı şəhəri müəllimlər xorunun, Bakı Dövlət Universitetinin tələbə xorunun və digər həvəskar xor kollektivlərinin rəhbəri kimi çalışmışdır.

1990-ci​ ildən Vaqif Məstanov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş xormeyster vəzifəsində işləyir. Onun rəhbərliyi altında Akademik Musiqili Teatr xorunun bir çox yetirmələri sonradan müxtəlif​ teatrlarda fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Dövlət Akademik Opera və balet teatrının solisti Əməkdar artistlər - İlham Nəzərov, Tural Ağasıyev, həmçinin Moskva "Helikon-opera” teatrının solisti Elnarə Məmmədova onların sırasındadır. 

​Teatrda işlədiyi illər ərzində bir neçə dəfə orkestrın dirijoru və tamaşaların musiqi rəhbəri kimi fəaliyyət göstərmişdir.

​Vaqif Məstanov xor kapellanın bir neçə işləmələrinin müəllifidir və onlardanbəziləri peşəkər və həvəskar xor kollektivlərinin repertuarına daxil edilmişdir.

​2013-cü ildə "Fəxri​ mədəniyyət işçisi”​ nişanına, 2015-ci​ ildə "Əməkdar artist” fəxri adına layiq görülüb.Vaqif Məstanovun yaradıcılığında atası Məstanov Teyyub Qasım oğlunun rolu böyük olub. Bülbüldən dərs alan gözəl lirik bariton səsə malik olan vokalçı əvvəllər Opera və balet teatrının xorunda, sonra isə məşhur Rusiya xor xadimi​ N.V. Romanovskinin rəhbərliyi altında Azərbaycan ilk xor kapellasında işləyib.

​ Rusiya​nın "Sergey Radonejskiy” (2013) və "Daniil​ Moskovskiy”​ ​(2019) ordenlərinə də  sahibidır.

 

Teatrda işlədiyi müddətdə "Beş manatlıq gəlin" (S.Rüstəmov, M.S.Ordubadi), "Filumena Marturano" (F. Qarayev, E.de Filippo), "Pominalnaya molitva" (M.Qluza, Q.Qorin), "Məsmə xala dayımdır" (R.Mustafayev, C.Məmmədov), "Qırmızı papaq" (E.Sabitoğlu, E.Şvarts), "Gülmək qadağandır" (R.Səməndər), "50 yaşında cavan" (Z.Hacıbəyov), "Özümüz bilərik" (S.Ələsgərov, Ş.Qurbanov), "Qızıl toy" (O.Kazımov, R.Heydər), "Hərənin öz ulduzu (S.Ələsgərov, İ.Məlikzadə), "Qızıl gül" (S.Hacıbəyov, M.Əlizadə), "10 min dollarlıq keyf" (E.Sabitoğlu, C.Məmmədov), "Bir dəfə Bağdadda" (E.Sabitoğlu, V.Kolmanovski), "İddialı qaraçı", "Silva», "Maritsa", "Bayadera",(İmre Kalman), "Vesyolaya vdova” (Frans Leqar) , "Neistovıy Qaskonets" (Qara Qarayev), "O olmasın, bu olsun", "Arşın mal alan”, "Ər və arvad” (Ü.Hacıbəyli), "Nəğməli könül" (E.Sabitoğlu, X.Hasilova), "Səhnədə məhəbbət" (S.Fərəcov, Ə.Əmirli), "Bir günlük siğə" (S.Fərəcov, R N.Güntəkin), "Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva), Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov), "Məhəbbət oyunu" (C.Quliyev, Q.Rəsulov), "Aldın payını, çağır dayını" (Vasif Adıgözəlov, Anar).


 

 

 

 

 

 

 
 
 

 

 

 

 

 

 

 

 

 
 



Baxış sayı:1394 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:15-01-2015, 15:49

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика