Azərbaycan Dövlət Musiqili Teatrı

Bədii heyət

Emin Əliyev

Emin Əliyev


Emin Eldar oğlu Əliyev 5 may 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Xoreoqrafiya Akademiyasının (1990-2001-ci illərdə) məzunudur.
1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Anadolu Atəşi" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar artist” fəxri adına layıq görülüb. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafiya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin "Rast” simfonik muğamı və "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib. 2019-cu ilin iyul ayında Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev "Nəsimi” promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb. 
Qeyd edək ki, həmin balet-kompozisiyanın bədii rəhbəri  Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, operatoru və montajçısı Hikmət Şahverdizadədir.
O, hazırda 110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu mövsümün ilk premyerası olan "Paris Notr-Dama ithaf" (V.Hüqo", rej. S.Qulamov) tamaşasında solist kimi iştirak edir. 
Emin Əliyev hazırda Akademik Musiqili Teatrın balet truppasının quruluşçu baletmeysteri vəzifəsində çalışır, teatrın solistidir.
Şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr Emin Əliyevin yaradıcılığına da öz töfhəsini verdi.  Onun quruluşçu baletmeysteri və ifaçısı olduğu 
"Qalib əsgər" layihəsi  istər televiziya tamaşaçıları, istərsə də sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılandı.
Bundan başqa o, bu yaxınlarda "Sarı gəlin" (quruluşçu baletmeysteri və ifaçısı Emin Əliyev)  kompozisiyasını da  geniş auditoriyaya təqdim edəcək. Qeyd edək ki, hər iki layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.



Baxış sayı:644 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:27-01-2014, 11:34

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика