Balet

Əsmər Mönsümöva
Mönsümöva Əsmər Rəşid qızı 16 fevral 2000-ci il tarixində Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının "Klassik balet artisti” şöbəsində oxuyur. 1 mart 2016-cı il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "Ər və arvad”, "Talelər qovuşanda”, "Qırmızı papaq”, "Baladadaşın toy hamamı”, "Bir dayan, canavar!” və s. tamaşalarda iştirak edib.