Azərbaycan Dövlət Musiqili Teatrı

Balet

Emin Əliyev

Emin Əliyev


Əliyev Emin Eldar oğlu, 5 may 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Xoreoqrafiya Akademiyasının (1990-2001-ci illərdə) məzunudur.
1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Anadolu Atəşi" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar artist” fəxri adına layıq görülüb. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafiya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin "Rast” simfonik muğamı və "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib. 2019-cu ilin iyul ayında Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev "Nəsimi” promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb. 
Qeyd edək ki, həmin balet-kompozisiyanın bədii rəhbəri  Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, operatoru və montajçısı Hikmət Şahverdizadədir.
O, hazırda 110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu mövsümün ilk premyerası olan "Paris Notr-Dama ithaf" (V.Hüqo", rej. S.Qulamov) tamaşasında solist kimi iştirak edir. Hazırda balet truppasının quruluşçu baletmeyesteri kimi Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirir.



Baxış sayı:364 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:27-01-2016, 11:34

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика