Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Fərid Rzayev

Fərid Rzayev


Fərid Murad oğlu Rzayev 22 noyabr 1980-ci ildə Xankəndində dünyaya göz açıb. 1986-cı ildə Ağdam şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1993-cü ildə ailəsi ilə birlikdə İsmayıllı rayonunda məskunlaşıb və təhsilini orada davam etdirib. Həmçinin, Rayon Mədəniyyət Evinin "Gənc Hazır Cavablar Klubu”nda çıxış edib. 1985-ci ildən Qarabağ Bülbülləri ansamblının üzvü, bir neçə musiqi festivalının laureatıdır.

2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti və aktyor köməkçisi kimi çıxış edən Fərid Rzayev hal-hazırda repertuarda olan tamaşalarda aktyor kimi fəaliyyət göstərir.

İşlədiyi dövrdə R.Şəfəq və Ə.Səmədlinin"Baş tutmayan hiylə” (Ayı), S.Kərimi və Ə.Olun "Kimyagər” (Səftər bəy), E.Sabitoğlu və C.Məmmədovun "www.ferzeli-kef.com” ( Masajist), E.Sabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı” (Cangüdən), E.Sabitoğlu və C.Məmmədovun "Qırmızı papaq” (Canavar), F.Əmirovun musiqiləri əsasında "999-cu gecə”(Cin, Qazı), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Ofisiant), Ü.Hacıbəylinin "Ər və arvad” (Masabəyi), O.Kazımı və R.Heydərin "Qızıl toy” (Şomen),A.Sadıqovun "Yatmış gözəl və cırtdanlar” (Cırtdan), O.Zülfüqarov və R.Heydərin "Dəcəl çəpişlər” (Canavar), Ə.Səmədlinin "Meşə çaqqalsız olmaz” (Ayı), İ.Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” (Oğru), A.Sadıqovun "Bremen musiqiçiləri və Pen” (İt), F.Allahverdi, Elçin "Baladadaşın toy hamamı” (Ələkbər), Rus xalq nağılı əsasında hazırlanmış "Qoğal” (Canavar), Ə.Səmədlinin "Toya bir gün qalmış” (Kuryer), Ə.Əmirlinin "Nuri didə Ceyhun” (I məxfi işçi), Sevda Məmmədovanın "Əsarətdən cəsarətə" (Fərid) tamaşalarında yaratdığı biri-birindən maraqlı obrazların öhdəsindən peşəkarlıqla gəlmişdir.



Baxış sayı:1110 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-10-2014, 17:05

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика