Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

İlham Namiq Kamal

İlham Namiq Kamal


1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu” fakultəsinə daxil olub, 1970-ci ildə institutu bitirib. Tələbə vaxtı Molyerin "Jorj Danden” komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə Misyö Jordan və Dərviş Məstəli şah ("Misyö Jordan və Dərviş Məstəli şah”), Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim ("Bu dünyanın adamları”), Gülən adam ("Hərənin öz payı”), Kişi ("Mənim ərim dəlidir”), doktor Qaratay ("Afət”) kimi rollarda çıxış edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışan İlham Əhmədov burada Məsuliyyətsiz ("Çarəsiz sərnişinlər”), Dadaşbala ("Dadaşbala əməliyyatı”), Sultanqulu ("Sultanqulu körpüsü”), Kələntər ("Dağ tikirik”), Daniel ("Arvadımın qatili”), Kazbek ("Arvadımın əri özüməm”) kimi baş rolların ifaçısı olub. Azərbaycan Dövlət Gənclər Teatrında işləməklə yanaşı, Musiqili Komediya Teatrında da aktyor kimi çalışan İlham Əhmədov bu teatrda Albadam ("Sevgilimin anası və yaxud evlənmə əməliyyatı”), Adil ("Qarğa məndə qoz var”), polkovnik Mikayıl ("Qısqanc ürəklər”), İbad İbadov ("Mən dəyərəm min cavana”), Meydan ("Şeytanın yubileyi”) - həm də tamaşanın quruluşçu rejissorudur - eyni zamanda rus bölməsində Eduardo de Flipponun librettosu əsasında Fərəc Qarayevin bəstələdiyi "Filumeno Marturano” komediyasında Dominseko Soriano kimi obrazları yaradıb. Aktyor "Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərinə də çəkilib. Onun ("Qaynana”) İlqar, Əbdürrəhman (iki seriyalı "Qəribə adam”), MİS müdürü ("Arvadım mənim, uşaqlarım mənim”), Jurnalist ("Uzun ömrün akkordları”), Əli ("Qızıl qaz”), Anar ("Bəyin oğurlanması”) filmlərindəki rolları daha çox yaddaqalandır. Onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor bu gün tamaşaçıların sevimlisinə çevrilib. 1997-ci ildən prdaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professordur. İlham Namiq Kamal oğlu Əhmədov 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.



Baxış sayı:1012 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 11:48

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика