Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Ramiz Məmmədov

Ramiz Məmmədov


Ramiz Məmmədov 1975-ci ildə İncəsənət İnsitutunda tələbə ikən Musiqili Komediya Teatrına dəvət olunub. İlk rolları ilə tamaşaçıların rəğbətini qazanan aktyor "Qaynana” tamaşasında Əli, "Boşanaq evlənərik”də Ağacan, "Gurultulu məhəbbət”də Həsən, "Gözün aydın”da Qəhrəman, "Özümüz bilərik”də Murtuzov, Bəbirli, "Nənəmin şahlıq quşu”nda Qulu, "Qızıl toy”da Qədir, "Beş manatlıq gəlin”də Kərbəlayi Hüseyinəli, "Nəğməli könül”də Mustafa, "Lotareya”da Həsən, "Tülkü həccə gedir”də Canavar, "Danabaş kəndinin əhvalatları”nda Hərdəmxəyal, "Qızılgül”də Həsən, "Subaylarınızdan görəsiniz”də Əbdülhəsən, "Milyonçunun dilənçi oğlu”nda Polis, "Aldın payını, çağır dayını” tamaşasında Fənd Fərəc, "Əlin cibində olsun”da Veysəl, "Olmadı elə, oldu belə”də Dayandur, "O lamsın, bu olsun”da Məşədi İbad və başqa uğurlu ifaları ilə öncül sənətkarlar sırasına daxil olub. Ramiz Məmmədov Azərbaycan televiziyasının "Səhər görüşləri”ndə, "Yumoristik novellalar”, "Komediyalar aləminə səyahət” verlişlərində, "Yaşıl eynəkli adam”, "Zümrüd quşu”, "Qaynana əməliyyatı”, "Get gətir”, "Özəlim, gözəlim”, "Mənim dayım”, "Qohumlaşmaq, qonşulaşmaq, kirvələşmək” teletamaşalarında müxtəlif rollar yaradıb. 2001-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.



Baxış sayı:1427 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 11:45

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика