Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Novruz Əliyev (Qartal)

Novruz Əliyev (Qartal)


Novruz Əliyev (Qartal) 1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirmişdir. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərmişdir. Azərbaycan dramaturqlarının, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaratmışdır. Onun "Toy kimindir” tamaşasında Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanmışdır. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışmışdır. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrında yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmışdır. Bunlardan "92 dəqiqə gülüş”də Xəstə, "On min dollarlıq keyf”də Dayıoğlu, "Hərənin öz ulduzu”nda Kələntər, "Dəli dünya”da Tın-Tın Əsəd, "O olmasın, bu olsun”da Məşədi Qəzənfər, "Bankir adaxlı”da Dilənçilər padşahı, "Əlin cibində olsun”da Dilənçi, "Məhəbbət oyunu”nda Daşdəmirov, "Volqalı canan”da Müqəddəsov, "Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, "Şeytanın yubileyi”ndə Şivan və s. rolların adlarını çəkmək olar.



Baxış sayı:1244 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 11:30

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика