Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Ələkbər Əliyev

Ələkbər Əliyev


Əliyev Ələkbər Həsənoğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə. Əliyev elə ilk addımlarından teatr ictimayətinin diqqətini cəlb edib. İşlədiyi müddətdə bi sıra maraqlı obrazlar silsiləsi yaradan Ə. Əliyev «Nəğməli Könül»də Ramazan, «O olmasın, buolsun»da Sərvər, «Arşın mal alan»da Vəli, «Gözün aydın»da Alay, «Subaylarınızdan görəsiniz»də Fəğan, «Hicran»da Dadaşbala, «Bəbirlinin kələkləri»ndə Arif, «Beş manatlıq gəlin»də Qiyas, «Dəli dünya»da Fərəc, «Səhnədə məhəbbət»də Ayxan, «Məhəbbət oyunu»nda Camal, V. Adıgözəlov, Anar "Adamın adamında” İbiş İbişli, R. Mustafayev, C. Məmmədov "Məsmə xala dayımdır”da Şükürbəyli, R. Mustafayev, A. Qüdrət "Volqalı canan”da Doymazov, Nazirov, E. Sabitoğlu, T. Vəliyeva "Bankir adaxlı”da Nümayəndə, Tamada, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu”nda Eynəkli, C. Quliyev, Ə. Əmirli "Yeddi məhbusə anası”nda Polis Aslan, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana”da Rüstəm, V. Dolidze, A. Saqarelli "Xanuma”da Knyaz Pantiaşvili, S. Kərimi, Ə. Ol "Kimyagər”də Ağa Zaman, Ü. Hacıbəyli "Ər və arvad”da Kəblə Qubad və s. obrazları orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb. Onun eyni zamanda televiziyada, qastrol səfərlərində ifa etdiyi obrazlar aktyorun təbii istedadından, tükənməz yaradıcılıq potensialından xəbər verir. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb.



Baxış sayı:1440 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 11:22

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика