Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Əzizağa Əzizov

Əzizağa Əzizov


Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-cı ildə Qazıməmməd rayonunda anadan olub. 1983-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunnun «Musiqili Komediya aktyoru» fakultəsini bitirb. İş fəaliyyətinə 1985-ci ildə Kirovobad (Gəncə) Dövlət Dram Teatrında başlamışdır. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. 1989-1990, 1994-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya tearında aktyor kimi çalışıb. Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik”də Səftər, Emin Sabitoğlu, Yevgeni Şvarts "Qırmızı papaq”da Meşəbəyi, Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz”də Əlipaşa və s kimi rollarda oynamışdır. 1999-cu ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Teatrda çalışdığı illərdə Ə. Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Qoçu Əsgər, Emin Sabiroğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Zaur, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da 1-ci adam, Ramiz Mustafayev, Abdulla Qüdrət «Volqalı canan»da Doymaz, Sərdar Fərəcovov, Əli Əmirli «Səhnədə məhəbbət»də Şvartseneger, Vasif Adıgözəlov,Anar «Aldın payını, çağır dayını»da Mərdi Məzarov, Sərdar Fərəcov «Bir günlük xəlifəlik»də şah, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Mikayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə, "Kələkbazlar”da Seyfi, Cavanşir Quliyev, Əli Əmirli, "Yeddi məhbusə anası”nda ata Babək, İmre Kalman "İdialı qaraçı”da Polkovnik, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Soltan bəy,Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Mixo, Siyavuş Kərimi, Ə. Ol "Kimyagər”də Hacı Kərim və s. kimi yaddaqalan obrazları yaratmış Ə. Əzizov həmçinin televiziya tamaşalarında və verilişlərində də bir-birindən maraqlı obrazlar yaratmaqda davam edir. Bi rsıra filmləırdə, o cümlıdın "Aramızda qalsın” (2011) Əjdər, "Ci-Mi” (2008) Badrinarx, "Dəvətnamə” ( 2003) Pul yazan, "Hərənin öz payı+tayı” (2006) Əlipaşa, "Şans” (2004) Səlam, "Yaşıl eynəkli adam-3” (2002) Serjant, "Qardalı kəndinin gecələri” (2007) Xasməmməd, "Bizim bayram” (2008) Əzizağa obrazlarını yaratmışdır.



Baxış sayı:692 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:57

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика