Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Gülcahan Salamova

Gülcahan Salamova


Salamova Gülcahan Əhməd qızı 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili komediya aktyorluğu» fakultəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında «solist - vokalist» vəzifəsində işləyib. Çalışdığı müddətdə OqtayKazımov, RamizHeydər «Qızıl toy» tamaşasında Aygün, Səid Rüstəmov, Məmməd Səid Ordubadi «5 manatlı gəlinə»də Naznaz, Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduz»nda Məleykə, Ramiz Mustafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da Sənubər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlu”nda Xanım, Cavanşir Quliyev, Əli Əmirli "Yeddi məhbusə anası”nda Həcər, OqtayRəcəbov, Aqşin Babayev "Şeytanın yubileyi”ində Şamiyə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Qənirə, Üzeyir Hacıbəyli "Ər və arvad”da Gülpəri, Emin Sabitoğlu, Tamara Vəliyeva "Bankir adaxlı”da Gülbikə, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Qəmər, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Zema, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun”da Gülnaz, Emin Sabitoğlu, Sabit Rəhman "Hicran”da Hicran (ikinci qurluş1993), Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik”də Lalə, Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz”də Qəndab, Aydın Əzimov,Vaqif Səmədoğlu "Lotoreya”da Sona, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Kabato rollarını oynamışdır. Eyni zamanda "Bağdada putyovka var...” (2000) filmində çəkilmişdir. 1995-ci ildə «Bəşir» teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir. G. Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.



Baxış sayı:616 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:56

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика