Azərbaycan Dövlət Musiqili Teatrı

Aktyorlar

Nadir Xasıyev

Nadir Xasıyev


Xasıyev Nadir Şənbə oğlu 24 dekabr 1961-ci ildə Ağsu rayonunda anadan olmuşdur. N. Xasiyev 1984-cü ildə İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakultəsini, 1998-ci ildə isə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirmişdir. O, bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. N. Xasıyevin fasında S. Ələsgərov, İ. Məlikzadə «Subaylarınızdan görəsiniz»də Fəqan , O. Kazımov, R. Heydər «Qızıl toy»da Azər, Z. Hacıbəyli «50 yaşında cavan»da Qulu, Ü. Hacıbəyli «O olmasın, bu olsun»da Sərvər, Həsənqulu bəy, Rüstəm bəy, E.Sabitoğlu, X. Hasilova «Nəğməli Könül»də Ramazan, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»nda Əlibala, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Rüstəm, E. Sabitoğlu, R. Əhmədzadə «Hələlik»də Mürsəl, V. Adıgözəlov, Anar "Adamın adamı”nda Tərs Tahir, C. Quliyev, Q. Rəsulov, "Məhəbbət oyunu”nda Camal, R. Mustafayev, A. Qüdrət "Volqalı canan”da Qaynar, R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər”də Emil, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu”nda Senator, S. Kərimi, Ə.Ol "Kimyagər”də Hacı Nuri və başqa obazlar özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. N. Xasiyev 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.



Baxış sayı:947 | Şərhlər:0 | Müəllif: | Əlavə olunma tarixi:22-12-2014, 03:53

Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Счетчик

Яндекс.Метрика